BAKI, 31 avqust. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin Qırğızıstana işgüzar səfərə gəlib.
Teleqraf xəbər verir ki, onu Bişkekdə Manas Beynəlxalq Hava Limanında Qırğızıstan Baş naziri Adılbek Kasımalıyev qarşılayıb.
Rusiya lideri VI Dünya Köçəri Oyunlarının açılış mərasimində və Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək.
Sammit çərçivəsində Vladimir Putin Qırğızıstan, Çin, İran, Monqolustan, Tacikistan, Türkiyə, Ermənistan və Hindistanın liderləri görüşəcək.