BAKI, 27 avqust. TELEQRAF

Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Əndrabi Silahlı Qüvvələrin baş komandanı feldmarşal Asim Münirin “ABŞ Prezidenti Donald Trampın elçisi” kimi İrana səfər etməsi ilə bağlı məlumatları yanlış adlandırıb.

Teleqraf xəbər verir ki, rəsmi bu səfərin ancaq Pakistanın ABŞ ilə İran arasındakı münaqişəyə son qoymaq və Hörmüz boğazını yenidən açmaq üçün vasitəçi rolu çərçivəsində həyata keçirildiyini vurğulayıb.

Tahir Əndrabi Tehranın İslamabadın gərginliyi azaltmaq və münaqişənin sülh yolu ilə həllinə nail olmaq səylərini alqışladığını qeyd edib.