BAKI, 14 avqust. TELEQRAF

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Tver vilayətinin Kalininski rayonunda “Wildberries” şirkətinin anbarına dronlarla zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya vilayətinin qubernatoru Vitali Korolyov məlumat yayıb.

O bildirib ki, hücum anbarda yanğına səbəb olsa da, ən qısa müddətdə söndürülüb.

“Anbar işçilərindən heç biri xəsarət almayıb. Hazırda hadisə yerində təcili yardım xidmətləri obyektin təhlükəsizliyini təmin edir”, - Korolyov vurğulayıb.