BAKI, 10 avqust. TELEQRAF
Malayziya Baş naziri Ənvər İbrahim müayinə və müalicə üçün iki gün tibbi müşahidə altında saxlanılacaq.
Teleqraf xəbər verir ki, bu barədə Malayziya Baş nazir Administrasiyası məlumat yayıb.
“Baş nazir tibbi mütəxəssislər qrupu tərəfindən təyin olunmuş müayinə və prosedurlardan keçir. Onun iki gün tibbi müşahidə altında qalması gözlənilir”, - açıqlamada bildirilib.
Administrasiya əlavə edib ki, Ənvər İbrahimin ən qısa müddətdə vəzifəsinə qayıtmasını gözləyir. Bəyanatda onun müayinəsi və ya müalicəsi ilə bağlı əlavə məlumat verilməyib.