BAKI, 30 iyul. TELEQRAF
Pakistanın Xeybər Paxtunxva əyalətində baş verən terror aktı nəticəsində ən azı 9 polis həlak olub, 28 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə Pakistan mediası məlumat yayıb.
Bildirilib ki, “Fitnə əl-Xəvaric” qrupunun silahlıları Xanqu rayonundakı təhlükəsizlik məntəqəsinə hücum ediblər.
Polisin cavab tədbirləri nəticəsində 15 terrorçu öldürülüb.