BAKI, 30 iyul. TELEQRAF
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qırğızıstana dövlət səfərinə gəlib.
Teleqraf xəbər verir ki, Özbəkistan lideri hava limanında Qırğızıstan Prezidenti Sadır Japarov qarşılayıb.
Mirziyoyevin Qırğızıstana dövlət səfəri çərçivəsində iki ölkə arasında əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunacağı gözlənilir.