BAKI, 30 iyul. TELEQRAF

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun 30-da Qırğızıstan Prezidenti Sadır Japarovun dəvəti ilə Qırğızıstana dövlət səfəri edəcək.

Teleqraf xəbər verir ki, səfər çərçivəsində dövlət başçıları arasında təkbətək danışıqlar və hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüşlər keçiriləcək.

Tərəflər ikitərəfli əməkdaşlığın cari məsələlərini və Qırğızıstan-Özbəkistan münasibətlərinin gələcək inkişaf perspektivlərini müzakirə edəcəklər.

Danışıqlardan sonra müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə yönəlmiş dövlətlərarası, hökumətlərarası və qurumlararası sənədlərin imzalanması gözlənilir.

Qeyd edilib ki, Şavkat Mirziyoyevin dövlət səfəri Qırğızıstan və Özbəkistan arasında dostluq, etimad və qarşılıqlı dəstək prinsiplərinə əsaslanan strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsində mühüm addım olacaq.