BAKI, 29 iyul. TELEQRAF

İran yaxın bir neçə həftə ərzində Çindən alınmış hava hücumundan müdafiə (HHM) sistemlərinin ilk partiyasını qəbul edəcək.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadla məlumat yayıb.

Sövdələşmə çərçivəsində İrana ümumilikdə 300-400 ədəd çiyində daşınan HHM sistemi, o cümlədən QW-12 və FN-16 raket komplekslərinin tədarükü nəzərdə tutulur. Müqavilənin dəyərinin 60-70 milyon dollar olduğu bildirilib.

Agentliyin qeyd edib ki, bu alış İranın ABŞ və İsraillə müharibənin başlamasından sonra qısamənzilli hava hücumundan müdafiə imkanlarını gücləndirmək istiqamətində həyata keçirdiyi ən iri addımlardan biridir.

“Reuters” yazıb ki, son hərbi qarşıdurma İranın hərbi obyektlərini və strateji infrastrukturunu hava hücumlarından qorumaq imkanlarında müəyyən zəiflikləri üzə çıxarıb.

Mənbələr mövzunun həssaslığı səbəbindən adlarının açıqlanmasını istəməyiblər. İran Xarici İşlər Nazirliyi isə agentliyin sorğusunu cavablandırmayıb.

Çin isə məlumatı “tamamilə əsassız” adlandırıb. Pakistan isə sözügedən silahların İrana çatdırılmasında hər hansı rolunun olması barədə iddiaları təkzib edib.