BAKI, 27 iyul. TELEQRAF

Qazaxıstan Milli Müdafiə Universitetində qazaxıstanlı və xarici hərbi qulluqçulara diplomların təntənəli təqdimetmə mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hərbi tibb, təhsil, kibertəhlükəsizlik və idman sahələrində mütəxəssislər də daxil olmaqla 50-dən çox zabit təlimi uğurla başa vurub. Bundan əlavə, Silahlı Qüvvələrin Baş Qərargah Akademiyasının dörd əcnəbi tələbəsi - Pakistan, Çin və Fransadan olan hərbçilər də diplom alıblar.

Mərasimdə Müdafiə Nazirliyinin, Milli Müdafiə Universitetinin rəhbərliyi, Pakistan, Çin və Fransanın diplomatik nümayəndəliklərinin və hərbi attaşelik ofislərinin nümayəndələri, professor-müəllim heyəti iştirak edib.