BAKI, 23 iyul. TELEQRAF

Özbəkistan və Çin səhralaşmaya qarşı mübarizə, deqradasiyaya uğramış torpaqların bərpası və müasir ekoloji texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistanın Ekologiya və İqlim Dəyişikliyi üzrə Milli Komitəsi məlumat yayıb.

Məlumata görə, sənədi Çinin "M-Grass Ecology And Environment Group Co., Ltd." korporasiyası və "Green University" imzalayıblar.