BAKI, 11 iyul. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev monqolustanlı həmkarı Uxnaaqiyn Xurelsuxa təbrik məktubu göndərib.

Teleqraf xəbər verir ki, bu barədə "Akorda" məlumat yayıb.

Məktubda həmkarının rəhbərliyi ilə ölkənin dinamik inkişafı vurğulanıb, iki dövlət arasında dostluq münasibətlərinin və çoxşaxəli əməkdaşlığın bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.

Kasım-Jomart Tokayev həmkarına məsuliyyətli fəaliyyətində uğurlar, dost monqol xalqına isə rifah və tərəqqi arzulayıb.