BAKI, 4 iyul. TELEQRAF

Türkmənistan Dəniz və Çay Nəqliyyatı Dövlət Xidmətinin sədri Azat Şanarazov Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ilə görüşüb.

Teleqraf xəbər verir ki, tərəflər iki ölkə arasında dəniz nəqliyyatının inkişaf perspektivlərini müzakirə ediblər.

Şanarazov və Uraloğlu gəmiçilik sahəsində əməkdaşlığa, liman infrastrukturunun inkişafına və Xəzər dənizi regionunda nəqliyyat əlaqələrinin gücləndirilməsinə diqqət yetirib.

Nəqliyyat və infrastruktur naziri tərəflərin dənizçilik sektorunda sıx əməkdaşlıq yolu ilə Türkiyə və Türkmənistan arasındakı dostluğu möhkəmləndirməyə davam etmək niyyətini vurğulayıb.