BAKI, 1 iyul. TELEQRAF

Yaponiya Baş naziri Sanae Takaiçi Hindistana üç günlük rəsmi səfərə başlayıb.

Teleqraf Hindistan KİV-lərinə istinadən xəbər verir ki, bu, Sanae Takaiçinin Baş nazir kimi Hindistana ilk səfəridir.

Səfər çərçivəsində iyulun 2-də 16-cı Yaponiya–Hindistan İllik Zirvə Görüşü keçiriləcək.

Danışıqların əsas mövzuları yarımkeçiricilər, kritik minerallar və enerji sahələrində tərəfdaşlığın genişləndirilməsi, habelə regional təhlükəsizlik məsələləri olacaq.