BAKI, 30 iyun. TELEQRAF
Baş prokurorun birinci müavini Malik Bekturqanov Qırğızıstanın yeni Baş prokuroru ola bilər.
Teleqraf xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Hazırkı Baş prokuror Maksat Asanaliyev vəzifəsindən azad edilib. Onun istefasının rəsmi səbəbləri hələ açıqlanmayıb. Onun Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edə biləcəyi iddia edilir.
Malik Bekturqanov Baş Prokurorluğun rəhbəri vəzifəsini müvəqqəti icra edəcək. O, əvvəllər baş prokurorun birinci müavini vəzifəsində çalışıb.
Bekturqanovun son təyinatı Joqorku Keneş (parlament) tərəfindən təsdiqlənməlidir.