BAKI, 17 iyun. TELEQRAF
“İran və ABŞ arasında əldə edilən razılaşma fikir ayrılıqlarının güc yolu ilə deyil, dialoqla həll edilməsinin vacibliyini təsdiqlədi”.
Teleqraf xəbər verir ki, bunu Çin xarici işlər naziri Van Yi İran xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığında bildirib.
“Faktlar sübut etdi ki, güc və məcburetmə problemləri həll etmir, düzgün seçim dialoq və danışıqlardır”, - nazir deyib.
Van Yi qeyd edib ki, növbəti addım tərəflər arasında uyğunlaşma və maneələriin aradan qaldırmasıdır. O, Çinin İranın qanuni tələblərini, suverenliyini və təhlükəsizliyini müdafiə hüququnu, Pakistanın və beynəlxalq ictimaiyyətin vasitəçilik səylərini dəstəklədiyini bildirib.
Çin xarici işlər naziri vurğulayıb ki, Hörmüz boğazından keçid məsələsi beynəlxalq ictimaiyyətin narahatlıqları nəzərə alınmaqla düzgün həll olunmalıdır.