BAKI, 15 iyun. TELEQRAF
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Çin lideri Si Cinpini ad günü münasibətilə təbrik edib.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb.
Təbrik məktubunda Si Cinpinin görkəmli dövlət xadimi kimi Çini yeni zirvələrə doğru apardığı qeyd olunub.
Məktubda həmçinin Özbəkistan ilə Çin arasındakı münasibətlərin yüksək dinamikası vurğulanıb. Şavkat Mirziyoyev birgə səylər sayəsində iki ölkə arasında əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoyacağına əminliyini ifadə edib.
Özbəkistan Prezidenti Si Cinpinə möhkəm cansağlığı, ailə xoşbəxtliyi, dövlət fəaliyyətində böyük uğurlar, Çin xalqına isə sülh və firavanlıq arzulayıb.