BAKI, 6 iyun. TELEQRAF

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Türkmənistan-ABŞ İşgüzar Şurasının icraçı direktoru Erik Stüartı qəbul edib, ardınca isə Aşqabadda ikitərəfli biznes forum təşkil olunub.

Teleqraf Türkmənistan mətbuatına istinadən xəbər verir ki, S. Berdiməhəmmədov ölkəsinin ABŞ şirkətləri ilə investisiya və ticarət əlaqələrini genişləndirməkdə maraqlı olduğunu bildirib.

ABŞ-nin işgüzar dairələrinin nümayəndələri isə Türkmənistandakı dövlət proqramlarında fəal iştirak etmək niyyətlərini təsdiqləyiblər.

Forumda sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat və innovativ texnologiyalar əsas tərəfdaşlıq istiqamətləri kimi qeyd olunub.