BAKI, 22 may. TELEQRAF
MDB Hökumət Başçıları Şurasının növbəti iclası dekabr ayında Moskvada keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev şuranın Türkmənistanda keçirilən iclasında bildirib.
“Rusiya Federasiyasının təklifi ilə Birgə Dövlət Şurasının növbəti iclasının 2026-cı ilin dekabr ayında Moskvada keçirilməsi qərara alınıb”, - o qeyd edib.