BAKI, 20 may. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpin Pekində keçirilən görüşün yekununda “Çoxqütblü dünyanın və yeni tipli beynəlxalq münasibətlərin qurulması haqqında” Bəyannamə imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Kremlin nümayəndəsi bildirib ki, bu, Rusiya və Çin arasında çoxşaxəli ikitərəfli münasibətlərin bütün spektrinin əsas inkişaf yollarını, beynəlxalq gündəmdəki aktual məsələlərə dair aydın ortaq baxışı və qlobal məsələlərdə əməkdaşlığın əsas formatlarını müəyyən edən hərtərəfli siyasi sənəddir.