BAKI, 20 may. TELEQRAF
Rusiya və Çin “Mehriban qonşuluq, dostluq və əməkdaşlıq” Müqaviləsinin müddətinin uzadılması barədə razılığa gəlib.
Teleqraf xəbər verir ki, bu barədə Çin Sədri Si Cinpin Pekində Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bildirib.
“Prezident Putin və mən Çinlə Rusiya Federasiyası arasında “Mehriban qonşuluq, dostluq və əməkdaşlıq” müqaviləsinin müddətinin uzadılmasını yekdilliklə təsdiqlədik”, - Çin lideri qeyd edib.