BAKI, 18 may. TELEQRAF
“Cənubi Koreya Şimali Koreya ilə dinc yanaşı yaşamağa çalışır, 2026-cı ildə bu məqsədə çatmaq üçün səy göstərəcək”.
Teleqraf xəbər verir ki, bu barədə Cənubi Koreyanın birləşmə naziri Çon Don Yun deyib.
“2026-cı ildə Koreya yarımadasında dinc yanaşı yaşamaq məqsədinə doğru qətiyyətlə irəliləməyə davam edəcəyik. Ümid edirəm, Cənub və Şimal sülh yolu ilə yanaşı yaşayacaq və yenidən qonşular kimi danışıqlar masasına əyləşəcək, sülhü sözdə deyil, əməldə gerçəkləşdirəcək”, - nazir bildirib.
Yunun sözlərinə görə, 2025-ci ildə Seul Pxenyanla münasibətlərində pozulmuş etimadı “kərpic-kərpic” bərpa edib. O vurğulayıb ki, Seul dinc yanaşı yaşama prinsiplərinə qətiyyətlə sadiqliyi Yaxın Şərqdəki müharibə səbəbindən qlobal qeyri-sabitlik fonunda müharibə alovlarının Koreya yarımadasına yayılmasının qarşısını alan müdafiə divarına çevrilib. Amma tərəflər arasında sükut hökm sürdüyünü də etiraf edib.
“Koreya yarımadasında sülh yolu beynəlxalq vəziyyətə görə daha da çətinləşib. Amma Koreya yarımadasında sülh seçim deyil, həyati zərurətdir”, - Çon Don Yun əlavə edib.
Şimali Koreya Sədri Kim Çen In bundan əvvəl dəfələrlə Cənubi Koreyanın Pxenyana düşmən dövlət və onunla birləşməyin qeyri-mümkün olduğunu bəyan etmişdi.