BAKI, 12 may. TELEQRAF
“Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı (müharibə - red.) istənilən an başa çata bilər”.
Teleqraf xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Kiyev qərar verərsə, xüsusi hərbi əməliyyat istənilən an dayana bilər. O, (şərtin) nə olduğunu bilir”, - Rusiya rəsmisi qeyd edib.
Kreml nümayəndəsi hansı şərt və ya qərardan danışdığını dəqiqləşdirməyib.
Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinlə ukraynalı həmkarı Volodimir Zelenski arasında mümkün görüşə də toxunub:
“Putin Zelenski ilə Moskvada və ya başqa yerdə görüşməyə hazır olduğunu artıq bəyan edib”.