BAKI, 7 may. TELEQRAF

“Rusiya Prezidenti Vladimir Putinin qorunması üçün lazımi tədbirlər görülür. Bu, istənilən dövlət başçısının təhlükəsizliyinin təmin edilməsi üçün standart təcrübədir”.

Teleqraf xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.

“Dünyanın hər bir dövlət başçısı - istər Amerika, istər Avropa, istər Asiya və digər dövlət başçıları kimi, Rusiya Prezidentinin də təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər görülür”, - Peskov vurğulayıb.

Xatırladaq ki, Qərb mediasında müəyyən potensial risklərlə əlaqədar Rusiya Prezidentinin təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı məlumatlar yayılıb.