BAKI, 4 may. TELEQRAF

“Fransa və Ermənistan hakimiyyətləri Avropa Siyasi Birliyinin sammiti vasitəsilə öz reytinqlərini artırmağa və ictimaiyyətin diqqətini fəlakətli durumdan yayındırmağa çalışırlar”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Aleksandr Tolmaçev deyib.

“Ermənistan tarixi yolu səhv seçərsə, Ukraynanın taleyini təkrarlaya bilər. Qonşu ölkə Avropa süfrəsində yemək kimi xidmət etməklə riskə gedir”, - o qeyd edib.

Deputatın sözlərinə görə, Ukrayna ordusu və iqtisadiyyatının dəstəklənməsi ilə bağlı açıqlamalar tamamilə mənasızdır:

“Əslində, Avropa bununla Kiyev və İrəvanın hansı resurslarının mənimsənilə biləcəyini göstərmək istəyir.

Əsl məqsəd birdir: gözləri bağlamaq və “güclü birlik” illüziyası yaratmaq. Əlbəttə, belə birlik mümkün deyil, çünki Avropa nə Ermənistan, nə də Ukrayna ilə bərabər səviyyədə danışacaq.

(Ukrayna Prezidenti Volodimir) Zelenskinin Avropa Siyasi Birliyinin sammitində iştirakına gəldikdə isə, sadəcə bunu deyim: Avropa İttifaqının liderləri terrorçu rejimin qanunsuz lideri ilə görüşməklə öz legitimliklərini şübhə altına alırlar”.