BAKI, 21 aprel. TELEQRAF
Özbəkistan Prezident Administrasiyasının (PA) rəhbəri Səidə Mirziyoyeva Səmərqənddə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus ilə görüşüb.
Teleqraf xəbər verir ki, görüşdə Özbəkistan-ÜST əməkdaşlığının inkişafı üzrə aktual məsələlər müzakirə olunub.
Özbəkistanın səhiyyə sistemində həyata keçirilən islahatlara, rəqəmsal tibbin səmərəliliyinin artırılmasına, əczaçılıq bazarının tənzimlənməsinin təkmilləşdirilməsinə və regional əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilib.
Həmçinin narkotik istifadəçilərinin müalicəsi və reabilitasiyası sahəsində ÜST-lə əməkdaşlığın gücləndirilməsi mühüm istiqamət kimi vurğulanıb.