BAKI, 20 aprel. TELEQRAF
Qırğızıstan Joqorku Keneşinin keçmiş üzvü və prezidentin Oş vilayəti üzrə keçmiş xüsusi nümayəndəsi Ziyadin Camaldinov həbs olunub.
Teleqraf xəbər verir ki, Bişkek şəhərinin Pervomayski Rayon Məhkəməsinin qərarı ilə Z. Camaldinov iyunun 10-dək 1 saylı istintaq təcridxanasında saxlanılacaq.
Yerli medianın məlumatına görə, o, prezidentin Oş vilayəti üzrə səlahiyyətli nümayəndəsi işlədiyi müddətlə bağlı cinayət işi ilə əlaqədar saxlanılıb.
Məhkəmə aprelin 15-də Qırğızıstan Daxili İşlər Nazirliyinin İstintaq Xidmətinin vəsatətini təmin edərək, Camaldinov barəsində həbs qətimkan tədbiri seçib.
Məlumata görə, o, “Mütəşəkkil qruplar və cinayətkar dəstələrin maliyyələşdirilməsinin təşkilatçısı” qismində təqsirləndirilir.