BAKI, 14 aprel. TELEQRAF

ABŞ və İran arasında danışıqların növbəti raundu İslamabadda keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“İran və ABŞ nümayəndə heyətləri müharibənin dayandırılması üzrə danışıqları davam etdirmək üçün həftəsonu növbəti dəfə Pakistana səfər edəcəklər”, - agentlik bildirib.

Xatırladaq ki, tərəflər arasında danışıqların ilk raundu aprelin 11-də İslamabadda keçirilib. On beş saata yaxın davam edən müzakirələr nəticəsiz yekunlaşıb.