BAKI, 13 aprel. TELEQRAF

Pakistan ABŞ-ni İranla danışıqlar masasına qaytarmaq üçün səylərini davam etdirir.

Teleqraf xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyindən Qətərin “Al-Araby Al-Jadeed” nəşrinə bildirilib.

“Pakistan rəsmiləri ilə İran və ABŞ nümayəndə heyətlərinin üzvləri arasında keçirilən görüşlər müsbət atmosferdə baş tutub, bu, hələ də tərəflərin dialoqu davam etdirməkdə maraqlı olduğunu göstərir”, - Pakistan rəsmisi qeyd edib.

Xatırladaq ki, ABŞ və İran nümayəndə heyətləri arasında aprelin 11-də keçirilən danışıqlar nəticəsiz yekunlaşmışdı.