BAKI, 10 aprel. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hakimiyyətin ictimai harmoniya və sabitliyi pozmaq cəhdlərinin qarşısını qətiyyətlə alacağını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
“Qazaxıstan cəmiyyəti dağıdıcı, bölücü, yaxşı və pis anlayışlarına tabe olmamalı, ictimai və şəxsi əxlaq və etika ilə bağlı DNT-mizə yad dünyagörüşünə etibar etməməlidir. İctimai harmoniya və sabitliyi pozmaq, sosial və etnik nifaqı qızışdırmaq cəhdləri qanuna uyğun olaraq qətiyyətlə qarşısı alınacaq”, - Tokayev bildirib.