BAKI, 9 aprel. TELEQRAF

Qazaxıstan 2027-2030-cu illər üçün BMT-nin Statistika Komissiyasına seçilib.

Teleqraf xəbər verir ki, bu barədə beynəlxalq təşkilatın mətbuat xidməti məlumat verib.

Qərar 54 dövlətin iştirak etdiyi BMT-nin İqtisadi-Sosial Şurası çərçivəsində qəbul edilib.

Qazaxıstan, Sinqapur və Monqolustanla birlikdə Asiya-Sakit okean regional qrupu tərəfindən təklif edilən vahid razılaşdırılmış siyahı vasitəsilə komissiyaya seçilib.

BMT-nin Statistika Komissiyası qlobal statistika sisteminin əsas hökumətlərarası orqanıdır. Qurum beynəlxalq statistik standartlar və metodologiyaların inkişafını koordinasiya edir. Komissiya hazırda dörd illik müddətə seçilən 34 üzv dövlətdən ibarətdir.