BAKI, 1 aprel. TELEQRAF
“Moskva Xəzər regionunun dinc əməkdaşlıq üçün təhlükəsiz məkan kimi qorunmasını dəstəkləyir və İsrailin yaratdığı təhdidləri rədd edir. Bu cür hərəkətlər sərt şəkildə qınanılmalıdır”.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
“Məlum və birmənalı mövqeyimizi bir daha təkrarlamağa dəyər: Xəzər regionu istənilən hərbi qarşıdurmadan azad, dinc və qarşılıqlı faydalı əməkdaşlıq üçün təhlükəsiz məkandır. İsrailin ticarət və malların daşınması da daxil olmaqla, su hövzəsinə qarşı yaratdığı təhdidlər bizim üçün qəbuledilməzdir və dərin inamımıza görə, bütün sahilyanı dövlətlərin sərt qınağına layiqdir”, - diplomat vurğulayıb.
Xatırladaq ki, İsrail Müdafiə Qüvvələri bundan öncə İranın Xəzər dənizi sahilində yerləşən Bəndər Ənzəli şəhərindəki hərbi hədəflərə zərbələr endirildiyini açıqlamışdı.