BAKI, 25 mart. TELEQRAF

“Ukrayna ilə bağlı hər təmas mərhələsi Rusiyanın maraqları nəzərə alınmaqla nizamlanmaya doğru bir addımdır”.

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü tərəflərin razılaşmaya yaxınlaşıb-yaxınlaşmadığı ilə bağlı suala cavab olaraq deyib: “Danışıqların hər mərhələsi, ilk növbədə, bizim maraqlarımızı nəzərə alan həll formulunun tapılması istiqamətində bir addımdır”.

Peskov əlavə edib ki, Rusiya ABŞ-nin nizamlanmanı asanlaşdırmaq üçün xoşməramlı fəaliyyətinin davam edəcəyini gözləyir: “Danışıqlara açıq qalırıq”.