BAKI, 6 mart. TELEQRAF

Tacikistan Prezidenti Emoməli Rəhmon Düşənbədə Türkmənistan baş nazirinin müavini Tanqrıqulu Ataxalliyev ilə görüşüb.

Teleqraf xəbər verir ki, tərəflər Türkmənistan-Tacikistan strateji tərəfdaşlığının hazırkı vəziyyət və perspektivlərini müzakirə ediblər.

Əməkdaşlığın müsbət dinamikası və ticarət, sənaye, nəqliyyat, logistika və kənd təsərrüfatı sektorlarında əməkdaşlığın genişləndirilməsi imkanları qeyd olunub.

Mədəniyyət, elm, təhsil, idman və turizm sahələrində humanitar əlaqələrin inkişafı da müzakirə edilib. Görüşün sonunda tərəflər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.