BAKI, 27 fevral. TELEQRAF

Pakistan Silahlı Qüvvələri ancaq Əfqanıstandakı hərbi hədəflərə zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin sözçüsü Əhməd Çaudri bildirib.

O deyib ki, Pakistan ordusu Əfqanıstanın Qəndəhar, Kabil, Paktiya, Nənqərhar, Xost və Paktika əyalətlərində hücum üçün 22 hədəf müəyyən edib.

“Bütün bu hərbi hədəflər kəşfiyyat məlumatları əsasında çox diqqətlə seçilib. Mülki əhaliyə dəyən zərərin qarşısını almaq üçün bütün tədbirlər görülüb”, - Çaudri vurğulayıb.