BAKI, 24 fevral. TELEQRAF
Türkmənistanın Çindəki səfiri Paraxat Durdıyev Pekində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Nurlan Yermekbayev ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər Türkmənistanla ŞƏT arasında əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Həmsöhbətlər Avrasiya regionunda çoxtərəfli dialoqun gücləndirilməsində maraqlı olduqlarını bir daha təsdiqləyiblər.