BAKI, 24 fevral. TELEQRAF
Qırğızıstan Prezidenti Sadır Japarov Damirbek Osmonovun səhiyyə naziri vəzifəsini icra edən təyin edilməsi haqqında fərman imzalayıb.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Onun namizədliyi yaxın vaxtlarda təsdiq üçün parlamentə təqdim olunacaq.
Səhiyyə Nazirliyinin əvvəlki rəhbəri Kanıbek Dosmambetov fevralın 24-də vəzifəsindən azad edilib.