BAKI, 24 fevral. TELEQRAF

MDB Hökumət Başçıları Şurasının növbəti iclası mayın 22-də Türkmənistanda keçiriləcək.

Teleqraf xəbər verir ki, bunu MDB baş katibinin birinci müavini İqor Petrişenko açıqlayıb.

Petrişenkonun sözlərinə görə, hazırda gündəlikdə 11 məsələ var. Bura əsasən iqtisadiyyat, konqres və sərgi fəaliyyəti, nəqliyyat dəhlizləri, rəqəmsallaşma, həmçinin MDB-nin mədəniyyət paytaxtının müəyyən edilməsi kimi məsələlər daxildir.

O əlavə edib ki, iclasda MDB çərçivəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi üzrə üçillik planın icrası barədə məlumat veriləcək və növbəti üçillik dövr üçün uyğun yanaşmalar müəyyənləşdiriləcək.