BAKI, 23 fevral. TELEQRAF
Qırğızıstan Prezidenti Sadir Japarov hüquq-mühafizə və təhlükəsizlik orqanlarının ayrı-ayrı rəhbərlərinə hərbi və xüsusi rütbələrin verilməsi haqqında fərmanlar imzalayıb.
Teleqraf xəbər verir ki, dövlət başçısının fərmanına uyğun olaraq, daxili işlər naziri Ulan Niyazbekova general-polkovnik rütbəsi verilib.
Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Jumqalbek Şabdanbekov isə general-leytenent olub.
Daha altı nəfər isə general-mayor rütbəsinə yüksəlib.