BAKI, 20 fevral. TELEQRAF

Özbəkistanın “Uzcosmos” Kosmik Tədqiqatlar və Texnologiyalar Agentliyi kosmosa uçmaq üçün namizədi ümumxalq müsabiqəsi vasitəsilə müəyyən etməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, agentliyin direktor müavini Muxiddin İbrahimov kosmosa ilk yerli astronavtı göndərmək planlarını açıqlayıb.

“Astronavta ciddi tələblər qoyulur. Xüsusilə, onun səhhəti, fizioloji göstəriciləri, elmi hazırlığı və dil bilikləri vacibdir. Ümumxalq müsabiqəsi keçirməyi planlaşdırırıq. Gələcək astronavt həm Özbəkistan, həm də xarici ölkələrdə təlim alacaq. Təlim və iş fəaliyyətini paralel davam etdirməsi üçün bütün şərait yaradılacaq”, - İbrahimov bildirib.

Agentlik rəsmisi vurğulayıb ki, müsabiqənin dəqiq vaxtı və şərtləri sonra elan olunacaq.