BAKI, 19 fevral. TELEQRAF

Qırğızıstan Mərkəzi Seçki Komissiyası Nurlanbek Turqunbek-ulunu vaxtından əvvəl deputat mandatından məhrum edib.

Teleqraf xəbər verur ki, bu qərar komissiyanın bu gün keçirilən iclasında yekdilliklə qəbul olunub.

Nurlanbek Turqunbek-ulu fevralın 12-də parlamentin sədri vəzifəsindən istefa verdiyini açıqlayıb. Deputat Marlen Mamataliyev bundan sonra Qırğızıstan Joqorku Keneşinin sədri seçilib.

Keçmiş spiker son vaxtlar səhhətində problemlər yaşadığını və müalicə aldığını bildirib. Siyasətdən uzaqlaşıb sağlamlıq və şəxsi işlərinə diqqət yetirmək qərarına gəlib. İddiasına görə, vaxtından əvvəl istefasının səbəbi budur.