BAKI, 18 fevral. TELEQRAF

Qırğızıstan, Tacikistan və Özbəkistan sərhəd qurumlarının nümayəndələrinin üçtərəfli işçi görüşü keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, görüş ölkələr arasında etimad tədbirlərini gücləndirmək, sabit əməliyyat mühitini təmin etmək və dövlət sərhəd rejimini qorumaq məqsədilə təşkil edilib.

Tədbir üç ölkənin dövlət sərhədlərinin qovşağında baş tutub.

Danışıqlar zamanı tərəflər sərhəd əməkdaşlığının cari məsələləri, sərhəd missiyaları arasında birbaşa rabitə mexanizmlərinin təkmilləşdirilməsi və dövlət sərhədi boyunca insidentlərin qarşısının alınması üçün tədbirlərin əlaqələndirilməsini müzakirə ediblər.