BAKI, 18 fevral. TELEQRAF

Hakim Liberal-Demokrat Partiyasının (LDP) sədri Sanae Takaiçi yenidən Yaponiya Baş naziri vəzifəsinə seçilib.

Teleqraf xəbər verir ki, parlamentin əsas aşağı palatasında keçirilən səsvermə zamanı 354 deputat ona səs verib.

Aşağı palatadakı səsverməyə paralel olaraq, hakim koalisiyanın azlıqda olduğu yuxarı palatada da səsvermə keçirilib. Amma baş nazirin seçilməsi məsələsində son söz aşağı palataya məxsusdur.