BAKI, 16 fevral. TELEQRAF
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov milli təhlükəsizlik naziri Nazar Ataqarevi vəzifəsindən azad edib.
Teleqraf xəbər verir ki, bu barədə qərar Türkmənistan Təhlükəsizlik Şurasının iclasında qəbul olunub.
Məlumata görə, Ataqarev başqa işə keçməsi səbəbindən vəzifəsindən azad edilib. Onun yerinə mayor Dövlətgəldi Meredov Türkmənistan milli təhlükəsizlik naziri təyin olunub.
Meredov bundan əvvəl ölkə prezidentinin təhlükəsizlik xidmətini idarə edib.
Türkmənistan Milli Təhlükəsizlik Nazirliyi ölkənin təhlükəsizlik və kəşfiyyat məsələlərinə cavabdeh əsas təhlükəsizlik orqanıdır. Nazirliyin vəzifələrinə dövlət təhlükəsizliyinin qorunması, terrorizmə qarşı mübarizə və strateji sahələrin nəzarəti daxildir.