BAKI, 16 fevral. TELEQRAF

“ABŞ İrana hücum eləsə, Tehran əvvəlki kimi bu dəfə də qalib gələcək”.

Teleqraf xəbər verir ki, bunu Əfqanıstan hökumətinin (Taliban) sözçüsü Zabihullah Mücahid deyib.

“İran heç bir halda müharibə tərəfdarı deyil, amma hazırkı gərgin vəziyyətdə onun özünümüdafiə gücü və hüququ var”, - Taliban rəsmisi bildirib.

Zabihullah Mücahid qeyd edib ki, müvafiq tələb olarsa, Əfqanıstan həmrəylik göstərməyə və lazım gələrsə, İranla əməkdaşlıq etməyə hazırdır.