BAKI, 16 fevral. TELEQRAF

Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov Ermənistanın ölkəsinə təyin olunmuş yeni səfəri Georgi Köçəryanın etimadnaməsini qəbul edib.

Teleqraf xəbər verir ki, nazir bu barədə sosial media hesabında bildirib.

“Görüşdə qarşılıqlı faydalı əməkdaşlığımızı daha da inkişaf etdirmək üçün bir çox istiqamətləri müzakirə etdik. Şübhəsiz, böyük potensiala malik bir çox sahə mövcuddur”, - Saidov qeyd edib.