BAKI, 16 fevral. TELEQRAF

“Qırğızıstanda çevriliş və ya buna bənzər şey olmayacaq. Birincisi, qanunlar buna icazə vermir, ikincisi, belə bir zəmin yoxdur”.

Teleqraf xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov “Kabar” informasiya agentliyinə müsahibəsində deyib.

“Ölkə güclə deyil, ağılla idarə olunmalıdır. Bir atalar sözü var: güclü əl bir nəfəri, güclü bilik isə min nəfəri məğlub edər. Qanunları oxuya bilmədikləri üçün belə yollar icad ediblər. “Mən zorla idarə edəcəyəm” deyən Bakiyev indi haradadır? Zorla idarə edən Atambayev haradadır?

Keçmişdən dərs çıxarmağı öyrənməliyik. Yəni ölkədə çevrilişə səbəb olacaq heç bir zəmin yoxdur və əgər gündə 24 saat varsa, mən 20 saat işdə oluram. Hər şeyi izləyirəm. Nəsə səhv gedərsə, dərhal müvafiq nazirlər, akimlər və qubernatorlara onu düzəltmək üçün göstərişlər verirəm.

Beş ildir tarixin ağ səhifələrində qalmaq, nəsillər və yaxınlarımı dilsiz və lal qoymamaq ümidi ilə çox çalışıram.

Əlbəttə, çatışmazlıqlar var, “yoxdur” demirik. Siz yüz faiz nəzarət edə bilməzsiniz, siz robot və ya kompüter deyilsiniz. Amma biz 70-80 faiz nəzarət edə bilirik”.