BAKI, 12 fevral. TELEQRAF
Deputat Marlen Mamataliyev Qırğızıstan Joqorku Keneşinin sədri seçilib.
Teleqraf xəbər verir ki, onun namizədliyini 77 deputat dəstəkləyib, 5 deputat isə əleyhinə səs verib.
Bir bülleten etibarsız sayılıb, daha 4-ü isə ləğv edilib.
Spiker vəzifəsinə yeganə namizəd Marlen Mamataliyev olub. Bu posta o, bu gün istefa verən Nurlanbek Turqunbek-ulunu əvəzləyib.