BAKI, 10 fevral. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev özünün çıxış və müsahibələri də daxil olmaqla, irihəcmli mətnləri oxumadıqlarına görə dövlət qulluqçularını tənqid edib.

Teleqraf xəbər verir ki, bu barədə o, hökumətin genişləndirilmiş iclasında danışıb.

Prezident deyib ki, bu tendensiya siyasətçilərə yaraşmır:

“Hökumət üzvləri ilə söhbətlərimdən başa düşdüm ki, həç kim mənim (“Türküstan” qəzetinə verdiyim) son müsahibəmi kifayət qədər diqqətlə oxumayıb. Eyni hal Qızılordada keçirilən Milli Qurultaydakı çıxışıma da aiddir. İnternetin təsiri ilə uzun mətnləri oxumaq çətinləşib, üstəlik, indi kitab və məqalələrin məzmununu dinləmək imkanı da var, amma bu dövlət qulluqçularına yaraşmır”.

Kaşım-Jomart Tokayev hamını oxumağa çağırıb.