BAKI, 5 fevral. TELEQRAF
“Bütün keçmiş sovet ölkələrində gələcək nəsillərin SSRİ əsgərlərinin (İkinci Dünya müharibəsindəki) qəhrəmanlıqlarını unutmamaları üçün səylərin göstərilməsi lazımdır”.
Teleqraf xəbər verir ki, bunu KTMT baş katibi Talatbek Masadıkov deyib.
“Düşünürəm ki, gənclər və gələcək nəsillərin baba-nənələrimizin nə etdiklərini unutmaması üçün daha çox səylər göstərməliyik. Hesab edirəm ki, bu, orta və ali təhsil müəssisələrinin proqramlarında, ümumiyyətlə, hər yerdə olmalıdır”, - o bildirib.
Talatbek Masadıkov əlavə edib ki, bunu bütün keçmiş sovet respublikalarında etmək lazımdır.