BAKI, 5 fevral. TELEQRAF
“ABŞ dövlət katibinin müavini Kristofer Landau ilə birlikdə Özbəkistan və Amerika Birləşmiş Ştatları hökumətləri arasında Əhəmiyyətli Minerallar və Nadir Torpaq Elementlərinin Əldə Edilməsi və Emalı üzrə Anlaşma Memorandumunu imzaladıq”.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov məlumat verib.
“Əhəmiyyətli mineralları yalnız iqtisadi imkan kimi deyil, həm də məsuliyyətli tərəfdaşlıq və uzunmüddətli inkişaf sahəsi kimi qiymətləndiririk”, - nazir bildirib.